Ucnoqta.az
www.ucnoqta.az

Nepalda təyyarə qəzası: <font color=red><b>ölənlərin sayı 70-ə çatıb</b></font>

12:12 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Nepalda "Yeti" aviaşirkətinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 70-ə çatıb, iki nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Independent" məlumat yayıb.

Qeyd olunur ki, axtarış əməliyyatı zamanı pilotsuz uçuş aparatlarından istifadə ediblər.

Xatırladaq ki, bazar günü Poxari hava limanı yaxınlığında göyərtəsində 72 nəfər ol "ATR 72" təyyarəsi qəzaya uğrayıb.

Nepal Mülki Aviasiya İdarəsi ölkədə istismar edilən bütün ATR 72 və ATR 42 təyyarələrini yoxlayıb və heç bir texniki nasazlıq aşkar etməyib.

Emin

Müəllif: