Ucnoqta.az
www.ucnoqta.az

Aİ Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir

11:25 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Avropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir.

Ucnoqta.az bu barədə “Azatutyun” radiosu öz mənbələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, ötən həftə bu layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib.

Ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisini patrul edəcək.

Müşahidəçilərin rəsmi sayı açıqlanmasa da, yeni missiyaya iki yüzə yaxın avropalı mütəxəssisin daxil olacağı qeyd edilir.

Emin

Müəllif: