Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya Ukraynaya 60 milyon dollarlıq kreditin ödənişini dayandırmağa icazə verib

10:45 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Yaponiya Ukraynaya 7,8 milyard yen (60,6 milyon dollar) məbləğində kredit üzrə ödənişləri qeyri-müəyyən müddətə dayandırmağa icazə vermək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə əlaqədar "bu borcun yüngülləşdirilməsi (borc xidmətinin dayandırılması) iqtisadi təsirin azaldılmasına yönəlib".
Bu barədə saziş yanvarın 16-da Yaponiyanın Ukraynadakı səfiri Kuninori Matsuda ilə Ukraynanın maliyyə naziri Serhi Marçenko arasında imzalanıb.

Kredit bu ilin əvvəlində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) tərəfindən verilib. Onun üzrə ödənişlər 2027-ci ildə başlamalı idi.

Yaponiya Xarici İşlər Nazirliyi qeyd edir ki, Tokio Ukraynanı dəstəkləməyə davam edəcək.

Emin

Müəllif: