Ucnoqta.az
www.ucnoqta.az

G7 ölkələrinin ədliyyə nazirləri iyulun əvvəlində Tokioda görüşəcək

09:05 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Böyük yeddilik (G7) ölkələrinin ədliyyə nazirləri iyulun əvvəlində Yaponiyanın paytaxtında görüş keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Ədliyyə Nazirliyinin “Twitter” səhifəsində yayılan məlumatda ​​deyilir.

Hələlik görüşün dəqiq tarixi açıqlanmayıb. Qeyd olunur ki, danışıqlar Yaponiya və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) ədliyyə nazirlərinin eyni müddətə planlaşdırılan görüşü çərçivəsində aparılacaq.

Emin

Müəllif: