Ucnoqta.az
www.ucnoqta.az

Kaliforniyada atışma nəticəsində altı nəfər həlak olub

23:35 - 16 Yanvar 2023 tarixində dərc olunub.

Kaliforniyanın Tulare qraflığında baş verən atışmada altı yaşlı uşaq da daxil olmaqla altı nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, atışma yerli vaxtla saat 03:30-da Qoşendəki evlərdən birində baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 5 ölü və bir yaralı aşkar ediblər. Yaralı daha sonra xəstəxanada keçiniblər.

Polis hadisə yerindən qaçan iki şübhəlini axtarır. 

Emin

Müəllif: