Ucnoqta.az
www.ucnoqta.az

Putinlə Ərdoğan arasında telefon danışığı olub

18:43 - 16 Yanvar 2023 tarixində dərc olunub.

 Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Kremlin mətbuat xidməti liderlər arasında danışıqların yekunlarına görə məlumat verib.

Türkiyə İstanbulu Rusiya və Ukraynanın humanitar dəhlizləri üçün mərkəz kimi təklif edib. Liderlər Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.

Bundan əlavə, liderlər Suriya nizamlanmasının təşviqi üzrə “Astana prosesi” çərçivəsində Rusiya, Türkiyə və İranın birgə işinin praktiki əhəmiyyətini qeyd ediblər.

Putin və Ərdoğan prioritet məsələlər arasında enerji sektorunda əməkdaşlığı müzakirə ediblər.

Emin

Müəllif: