Ucnoqta.az
www.ucnoqta.az

"Qəbələ"nin oyununda əlbəyaxa dava düşdü - <font color=red><b>VİDEO</b></font>

18:23 - 16 Yanvar 2023 tarixində dərc olunub.

"Qəbələ"nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın "Teplitse" komandası ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.

"Report"un məlumatına görə, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

Qarşıdurmanın böyüdüyün görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Müəllif: