Ucnoqta.az
www.ucnoqta.az

Masallıda şagird özünü məktəb binasından atdı

15:25 - 16 Yanvar 2023 tarixində dərc olunub.

Masallıda məktəbli qız intihara cəhd edib.

Ucnoqta.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib. Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

 

Müəllif: