Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə gürcüstanlı "qanuni oğru" öldürüldü

13:04 - 16 Yanvar 2023 tarixində dərc olunub.

Gürcüstan vətəndaşı "Qanuni oğru" Revaz Lordkipanidze Türkiyənin Trabzon şəhərinin Yomra rayonunda silahlı hücuma məruz qalıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Kriminal avtoritetin öldürülməsi ilə bağlı ilk təfərrüatlar məlum olub.

Belə ki, 61 VN 966 Türkiyə dövlət nömrə nişanlı avtomobili ilə dayanacağa gələn kriminal avtoritet CB 7949 Bolqaristan dövlət nömrə nişanlı avtomobildən düşən bir nəfərin silahlı hücumuna məruz qalıb. Ətrafdakı sakinlər hadisə yerinə təcili tibbi yardım çağırsalar da, xəstəxanaya aparılan 64 yaşlı "Qanuni oğru"nun həyatını xilas etmək mümkün olmayıb. Türkiyə polisi R.M. və N.M. 2 nəfəri saxlayıb.

Pünhan

Müəllif: