Nepalda qəzaya uğrayan "Yeti Hava Yolları"na məxsus təyyarənin qara qutusu tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi ANI agentliyi Twitter-də məlumat yayıb.
Xatırladaq ki, yanvarın 15-də göyərtəsində 72 nəfər olan təyyarə Poxara beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub, onların hamısı həlak olub. Onların arasında 53-ü Nepal vətəndaşı, 4-ü Rusiya olmaqla, 15-i əcnəbi olub.
Emin