Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda daha 2 tələbə qız dəm qazından zəhərləndi

10:04 - 16 Yanvar 2023 tarixində dərc olunub.

Naxçıvan şəhərində kirayədə yaşayan daha 2 tələbə qız dəm qazından zəhərlənib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Kəngərli və Şərur rayon sakinləri 2002-ci il təvəllüdlü Nurgül Qasımova və 2000-ci il təvəllüdlü Ayşən İsmayılova hamamda dəm qazının sızması nəticəsində zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağla araşdırma aparılır.

 

Müəllif: