Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda ev yanıb

21:57 - 15 Yanvar 2023 tarixində dərc olunub.

Xaçmaz rayonunda ev yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Çaxçaxlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə və əşyaları yanıb.

"Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

Müəllif: