Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2023-cü ilə planlaşdırılan dörd təlimindən üçü Belarusda keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü STV telekanalına müsahibəsində Respublika Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveyko bildirib.
"Təşkilatın hər il keçirdiyi 4 təlimdən üçünün ölkəmiz ərazisində keçirilməsi planlaşdırılır. Bunlar Çevik Hərəkat Kollektiv Qüvvələrinin Qarşılıqlı təlimləri, Kəşfiyyat bölmələrinin Poisk təlimləri və sentyabrda ölkəmizin ərazisinin arxa cəbhəsində eşelon təlimləri keçiriləcək” - Muraveyko deyib.
Emin