Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda iki avtomobil toqquşub, <font color=red><b>ölən var</b></font>

21:01 - 15 Yanvar 2023 tarixində dərc olunub.

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və "Toyota" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: