Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda 42 yaşlı qadın su quyusuna düşərək öldü

11:49 - 15 Yanvar 2023 tarixində dərc olunub.

Lənkəran rayonunda qadın su quyusuna düşərək ölüb.

Ucnoqta.az xəbər verir ki, Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayeva Seyranə Cabir qızı yaşadığı evin həyətində olan su quyusuna düşüb.

Meyitə baxış zamanı bədən səthində hər hansı xəsarətlər aşkar edilməyib.

Məhkəmə tibb ekspertinin ilkin ehtimallarına əsasən, S.Ağayeva öz ehtiyatsızlığı nəticəsində quyuya düşərək suda boğulub.

Faktla bağlı araşdırma aparılır. ///report

Müəllif: