Ucnoqta.az
www.ucnoqta.az

Yaşayış binasının qarajında yanğın olub

11:36 - 15 Yanvar 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda ümumi sahəsi 3 m² olan taxta konstruksiyalı gözətçi köşkü yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Nissan" markalı minik avtomobilinin arxa işıqları və buferi deformasiyaya uğrayıb.

Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: