Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ukraynada daha 630 hərbçisi həlak olub

11:02 - 15 Yanvar 2023 tarixində dərc olunub.

Rusiya ordusunun Ukraynada daha 630 hərbçisi həlak olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. ​Beləliklə, Rusiya silahlı qüvvələrinin canlı qüvvə itkiləri 112960-yə çatıb.

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 2 tank, 10 zirehli texnika, 4 artilleriya sistemi, 5  PUA, 3 helikopter, 1 nəqliyyat vasitəsi, 26 qanadlı raket məhv edilib.

Emin

Müəllif: