Dneprdə hündürmərtəbəli binaya hücum Tu-22M3 bombardmançı təyyarsindən atılan X-22 raketi ilə həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat məlumat verib.
Bu, Xruşşov dövrünə aid köhnə sovet dizaynıdır və əvvəlcə Amerika təyyarədaşıyıcılarını məhv etmək üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, raket qeyri-dəqiq silahdır.
Xatırladaq ki, raket zərbəsi nəticəsində 14 nəfər ölüb, 38 nəfərin axtarışları davam edir.