İsrail müxalifəti Benyamin Netanyahunun rəhbərlik etdiyi ölkənin yeni hökumətinin siyasətinə qarşı şənbə günü axşam kütləvi etiraz aksiyaları təşkil edib.
Ucnoqta.az "Jerusalem Post"a istinadən xəbər verir ki, ən böyük mitinq Təl-Əvivdə keçirilir
Nümayiş şəhərin mərkəzindəki Həbimə meydanında keçirilir. İştirakçıların sayının təxminən 80 min nəfər olduğu bildirilir.
Yağışlı havaya baxmayaraq, meydan və ona bitişik küçələr izdihamla doludur, buna görə də polis mitinqdə iştirak etmək istəyən yeni insanları içəri buraxmağı dayandırıb. Mitinq sakit şəkildə davam edir.
Emin