Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə avtomobil aşıb, <font color=red><b>2 nəfər xəsarət alıb</b></font>

22:16 - 14 Yanvar 2023 tarixində dərc olunub.

Şəmkir rayonunun Sabirkənd kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1992-ci il təvəllüdlü Nizami Qəribzadə və 1995-ci il təvəllüdlü Lamiyə Qəribzadə xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: