Ucnoqta.az
www.ucnoqta.az

İraq İran və Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirib

19:44 - 14 Yanvar 2023 tarixində dərc olunub.

İraq İran və Türkiyə ilə sərhəddə Daxili İşlər Nazirliyinin qüvvələrinin 6000-dən çox hərbçisini yerləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü İraq Daxili İşlər Nazirliyinin rəhbəri Əbdül Əmir əl-Şəmmari məlumat verib.

“Biz İraq Kürdüstanında İran və Türkiyə ilə sərhəddə 6 mindən çox hərbçi yerləşdirmişik”, - deyə nazir “Al Hadath” telekanalına müsahibəsində bildirib.
"İraqın sərhədləri "qırmızı xəttdir" və biz onun təhlükəsizliyini təmin etmək üçün hər bir şey edəcəyik", - daxili işlər naziri bildirib.

Əl-Şəmmari əlavə edib ki, bu yaxınlarda Suriya ilə sərhəddə 650 km uzunluğunda divar quraşdırılıb və İraq sərhədlərinin bütövlüyünü təmin etmək üçün müasir avadanlıqlar da alınıb. Bundan əlavə, o qeyd edib ki, “Türkiyə tərəfi ilə razılaşdırılaraq, onların üzərində sərhəd mühafizə postlarının tikintisi üçün 17 sahə müəyyən edilib”.

Müəllif: