Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Britaniyanın XİN başçısı və Baş Qərargah rəisinə qadağa qoyub

16:03 - 14 Yanvar 2023 tarixində dərc olunub.

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah rəisi Patrik Sandersin ölkəyə girişinə qadağa qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat xatırladıb ki, 36 britaniyalı məmur, təhlükəsizlik işçisi və jurnalistin adı Rusiyanın qadağa siyahısına daxil edilib. O cümlədən, siyahıda regionların sosial-iqtisadi inkişafı, mənzil, icmalar və yerli idarəetmə naziri Maykl Qove, Lankaster Hersoqluğunun kansleri Oliver Douden, nazir Nadim Zahavi, eləcə də ABŞ rəhbərliyinin nümayəndələri də var. 

Zaxarovanın sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Rusiyaya girişi qadağan olunmuş Britaniya subyektlərinin tam siyahısını dərc etməyi məqsədəuyğun hesab etmir. 

Ruhəngiz

Müəllif: