Britaniya hökuməti Ukraynaya "Challenger 2" əsas döyüş tanklarından ibarət bölük verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü Britaniyanın “The Sun” nəşri Britaniya hökumətindəki anonim mənbəyə istinadən məlumat yayıb.
"Baş nazir Rişi Sunak Ukraynaya yaz hücumu öncəsi bir tank bölüyü göndərəcək. Zirehli texnikalar Rusiya qüvvələri tərəfindən ələ keçirilən ərazilərin geri alınması səyləri çərçivəsində gətiriləcək", - bəyanatda deyilir.
Həmçinin qeyd olunur ki, bu həftə Britaniya hökumətinin başçısı müdafiə və təhlükəsizlik qurumlarının rəhbərləri ilə danışıqlar apararaq, onlara tankların Ukraynaya çatdırılmasının əməliyyat prioriteti olması lazım olduğunu deyib.
Emin