Ucnoqta.az
www.ucnoqta.az

Sabirabad sakini qumbara satdığı zaman yaxalandı

11:22 - 14 Yanvar 2023 tarixində dərc olunub.

Sabirabadda qumbara satan şəxs cinayət başında yaxalanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Camo Niftəliyev 1 ədəd “F-1” əl qumbarasını satarkən cinayət başında yaxalanıb.

Araşdırma aparılır.

 

Müəllif: