Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün Azərbaycanda 24 kq narkotik aşkarlandı

10:54 - 14 Yanvar 2023 tarixində dərc olunub.

Polis əməkdaşlarının yanvarın 13-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin, 11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə metamfetam olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Müəllif: