Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklər

23:42 - 13 Yanvar 2023 tarixində dərc olunub.

ABŞ administrasiyası və Yaponiya hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək və Ukraynaya əlavə dəstək vermək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida arasında Vaşinqtonda görüşdən sonra Ağ Evin mətbuat xidməti tərəfindən iki ölkənin birgə bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, Vaşinqton və Tokio Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və Ukraynaya sarsılmaz dəstək verəcəklər.

Tərəflər həmçinin Rusiya Federasiyasına "nüvə silahından istifadə" iddiası ilə bağlı xəbərdarlıq ediblər.
“Biz birmənalı şəkildə bəyan edirik ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi heç bir şəkildə bəraət qazana bilməyən bəşəriyyətə qarşı düşmənçilik aktı olacaq”, - bəyanatda vurğulanır.

Emin

Müəllif: