Krımın Leninski rayonunda çəkisi 250 kq olan Almaniyaya məxsus SD-250 partlayıcı bomba aşkar edilib
Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin respublika Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bombanın çıxarılaraq xüsusi poliqona çatdırıldığı və orada məhv edildiyi bildirilir. Pirotexniki işlərə 5 nəfər və iki texnika cəlb olunub.
Bu tip hava bombaları İkinci Dünya Müharibəsi zamanı istifadə edilib. Onlar hətta zirehli maşınları da məhv edə biləcək çoxlu sayda fraqmentlər yaradırlar.
Emin