Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda məktəbdə istilik niyə verilmir? - <font color=red><b>AÇIQLAMA</b></font>

21:06 - 13 Yanvar 2023 tarixində dərc olunub.

Cəlilabad şəhər 7 saylı orta məktəbində istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb.

“Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib” - deyə məlumatda qeyd olunub.

Müəllif: