Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə iki avtomobil toqquşub - <font color=red><b>Ölən və yaralananlar var</b></font>

20:41 - 13 Yanvar 2023 tarixində dərc olunub.

Mingəçevirdə ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bugün axşam saat 18 radələrində Mingəçevir şəhəri Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

“QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: