Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda avtomobildə yanan şəxsin kimliyi məlum olub

18:38 - 13 Yanvar 2023 tarixində dərc olunub.

Sabirabadda "VAZ" markalı minik avtomobilində yanan şəxsin kimliyi məlum olub.

"Report"un məlumatına görə, avtomobildə qeydə alınan yanğın nəticəsində Rasim Balakişiyev yanıq xəsarəti alıb.

Qeyd edək ki, hadisə zamanı avtomobilin salonu və idarəetmə lövhəsi yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: