Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ukraynaya 45 ehtiyat elektrik stansiyası verib - <font color=red><b>FOTO</b></font>

16:00 - 13 Yanvar 2023 tarixində dərc olunub.

Azərbaycan Ukraynaya enerji avadanlığının daha bir partiyasını çatdırıb.

Ucnoqta.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikası, Ukraynanın enerji sektoruna yardımın ikinci hissəsi - gücü 94-dən 150 kVA-a qədər olan 45 ehtiyat elektrik stansiyası gəldi.

Qeyd olunur ki, Azərbaycandan 45 güc transformatoru və 5 ehtiyat elektrik stansiyası olan avadanlığın ilk partiyası artıq enerji şirkətləri arasında bölüşdürülüb və Rusiyanın hücumlarından ən çox zərər çəkmiş rayonlara ötürülüb.

Xəbər verdiyimiz kimi, ümumilikdə “Azərenerji” QSC tərəfindən göstərilən yardım 45 güc transformatoru və 50 generatordan ibarətdir. Ümumi dəyəri 800 min dollardan çoxdur.

Emin

Müəllif: