Ucnoqta.az
www.ucnoqta.az

Dubayda 3D texnologiyalı dünyanın ilk məscidi tikiləcək

11:02 - 13 Yanvar 2023 tarixində dərc olunub.

Dubay hakimiyyəti şəhərdə dünyanın ilk 3D çap edilmiş məscidini tikmək planlarını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Emirates The National qəzeti məlumat yayıb.

"3D çap texnologiyasının istifadəsi tikinti materiallarının istehlakını azaldacaq. Bundan əlavə, bu üsul təbiətə zərər vermir", - Əmirliyin İslam və Xeyriyyə Departamentinin baş direktoru Həməd əl-Şaibani deyib. Layihə üzərində işləyən mühəndislər etiraf ediblər ki, eksperimental xarakter daşıdığından tikinti adi üsulla məscid tikməkdən 30% baha başa gələcək.

2 min kvadratmetr sahəsi olan məscidin tikintisinin 2023-cü ilin oktyabrında başlaması planlaşdırılır. 3D çapa dörd ay, binanı ibadətçilər üçün lazım olan hər şeylə təchiz etmək üçün bir il vaxt lazımdır.

Layihə 3D çap texnologiyasının inkişafı və 2030-cu ilə qədər əmirliyin paytaxtının bu sahədə dünya lideri olması strategiyasının bir hissəsi kimi həyata keçirilir.

Emin

Müəllif: