Ucnoqta.az
www.ucnoqta.az

Qubada 25 yaşlı qız intihara cəhd etdi

09:36 - 13 Yanvar 2023 tarixində dərc olunub.

Qubada 25 yaşlı qız intihara cəhd edib.

Rayonun Vəlvələ kəndində yaşayan, 1998-ci il təvəllüdlü Nanə Heydərova inithar etmək məqsədilə yaşadığı evdə yerləşən tövlənin tavanından kəndirlə özünü asıb.

Bu zaman ailə üzvləri tərəfindən aşkar edilib və ipdən azad edilib.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.///Apa

 

Müəllif: