Ukrayna Silahlı Qüvvələri hələ Soledarı tərk etmək fikrində deyil.
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna Prezidenti ofisinin müşaviri Aleksey Arestoviç deyib. Onun sözlərinə görə, biz şəhəri tərk etsək, bu qaçış deyil, komandanlığın planlı qərarı olacaq.
“Vəziyyət bizim nəzarətimiz altındadır və biz bu istiqamətdə müdafiə əməliyyatının ümumi planına uyğun olaraq ən yaxşı qərarı qəbul edirik" - Arestoviç qeyd edib.
Emin