Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan Putin və Zelenski ilə humanitar dəhliz məsələsini müzakirə edəcək

19:19 - 12 Yanvar 2023 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə cümə və şənbə günləri humanitar dəhlizlə bağlı telefon danışıqları aparmaq niyyətindədir.

Ucnoqta.az bu barədə Türkiyə Ombudsmanına istinadən xəbər verir.

Bundan əvvəl Türkiyə Ombudsmanı Şərəf Malkoç Rusiya, Türkiyə və Ukrayna ombudsmanlarının Moskva ilə Kiyev arasında humanitar dəhlizin açılmasını müzakirə etmək üçün görüşmək barədə razılığa gəldiyini bildirmişdi. O, Ankaranın Ukraynadakı hərbi əməliyyatlardan zərər çəkmiş uşaqlara, qadınlara və yaralılara yardım göstərmək istəyindən də danışıb.

Yanvarın 11-də Rusiyada İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Ukraynanın Ombudsmanı Dmitri Lubinets ilə görüşüb. 

Emin

Müəllif: