Ucnoqta.az
www.ucnoqta.az

İsrail Ukraynaya silah verməyəcək

18:26 - 12 Yanvar 2023 tarixində dərc olunub.

İsrailin yeni hökuməti Rusiya ilə münasibətləri korlamamaq üçün Ukrayna ilə bağlı siyasətini dəyişməyəcək və Kiyevə silah verməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.

“İsrailin Ukrayna ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur” - Adı açıqlanmayan İsrail rəsmisi qəzetə deyib.

Qəzet yazır ki, İsrail Kiyevi ərzaq, dərman, su və digər humanitar yardımlarla təmin edib, lakin hərbi texnika təklif etməyib.

Ruhəngiz

Müəllif: