Ucnoqta.az
www.ucnoqta.az

Alimpaşa Məmmədovun işini araşdıracaq yeni hakim məlum olub - <font color=red><b>FOTO</b></font>

16:40 - 12 Yanvar 2023 tarixində dərc olunub.

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işinə sədrlik edəcək yeni hakim məlum olub.

APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Alimpaşa Məmmədovun cinayət işi hakim Nural Əliyevin icraatına verilmişdi. Onun sədrliyi ilə 5 iclas keçirilib. Bir müddət əvvəl isə Nural Əliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

 

Müəllif: