Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda din xadimləri məcburi hərbi xidmətə çağırılacaq

14:01 - 12 Yanvar 2023 tarixində dərc olunub.

Müdafiə nazirliyinin apardığı yeni islahatlar çərçivəsində Gürcüstanda dini təşkilatlarda qeydiyatda olan din xadimləri də məcburi hərbi xidmətə çağırılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Qriqol Qiorqadze Dini İşlər üzrə Dövlət Agentliyinin və müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşü zamanı bildirib.

Nazir müavini qeyd edib ki, yeni məcəlləyə görə heç bir dini konfessiya xüsusi imtiyazlardan istifadə etmək imkanına malik olmayacaq, bütün dinlərin nümayəndələrinin hərbi xidmət keçməsi tələb olunacaq. 

Onun sözlərinə görə, din xadimi olmaq artıq məcburi hərbi xidmətin təxirə salınması üçün əsas olmayacaq. Din xadimləri müvafiq qanunvericiliklə müəyyən edilən qeyri-hərbi alternativ əmək qulluğundan keçmək imkanı əldə edəcəklər. Görüş zamanı dini konfessiyaların nümayəndələri qanunvericilikdə tətbiq olunacaq mexanizmləri daha da təkmilləşdirəcək rəy və təkliflərini bildiriblər.

Qeyd edək ki, 2022-ci ilin sonunda Müdafiə Nazirliyi sözügedən qanun layihəsini irəli sürüb və parlamentin yaz sessiyasında müzakirəyə çıxarılaraq qəbul edilməsi planlaşdırılır.

Pünhan

Müəllif: