Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Polis əməliyyat keçirdi</b></font> - Qanunsuz saxlanılan 12 ov tüfəngi aşkarlanıb

11:26 - 12 Yanvar 2023 tarixində dərc olunub.

Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Müəllif: