Ucnoqta.az
www.ucnoqta.az

“Cinemazadeh” Müşviq Şahverdiyevi məhkəməyə verdi

10:30 - 12 Yanvar 2023 tarixində dərc olunub.

Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə,  məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, M.Şahverdiyevlə “Cinemzadeh”in "Ofis işi", “Kəklikotu” kimi layihələrində yer alıb.

 

Müəllif: