Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 100 minə yaxın şəxsin <font color=red><b>maaşı artırıldı</b></font>

21:40 - 11 Yanvar 2023 tarixində dərc olunub.

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.

Müəllif: