Ucnoqta.az
www.ucnoqta.az

Estoniya xarici işlər naziri Gürcüstanı Saakaşvilinin xaricdə müalicəsinə icazə verməyə çağırıb

21:35 - 11 Yanvar 2023 tarixində dərc olunub.

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Tbilisidən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə getməsinə icazə verməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə telefon danışığından sonra öz Twitter səhifəsində yazıb.

“Mən Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı narahatlığımı bildirdim və ona xaricdə müalicə olunmaq imkanının verilməsinə çağırdım”, - mətndə deyilir.

Emin

Müəllif: