Ucnoqta.az
www.ucnoqta.az

İspaniyada qatar relsdən çıxıb - <font color=red><b>xəsarət alanlar var</b></font>

20:31 - 11 Yanvar 2023 tarixində dərc olunub.

İspaniyanın şimalında şəhərətrafı qatarın relsdən çıxması nəticəsində ən azı 15 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Cope” radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, hadisə Kantabriya icmasının Renedo stansiyasının yaxınlığında baş verib. Hadisə zamanı qatarda 40 sərnişin olub. Qatar aşağı sürətlə hərəkət edərək dayanacağa çatdıqdan sonra baş verib.

Hadisənin digər qatarların hərəkətinə təsir göstərmədiyi qeyd edilir.

Emin

Müəllif: