Ucnoqta.az
www.ucnoqta.az

Qohumunu öldürən şəxsin məhkəməsi başlayır

17:48 - 11 Yanvar 2023 tarixində dərc olunub.

Tərtər rayon sakini 1970-ci il təvəllüdlü Müşviq Orucovun 30 sentyabr 2022-ci il tarixdə öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Tərtər Rayon Prokurorluğundan Ucnoqta.az-a verilən xəbərə görə, ibtidai istintaqla 1970-ci il təvəllüdlü Ərəstun Orucovun aralarında yaranmış mübahisə zamanı ailə üzvlərini təhqir etdiyi üçün qohumu Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ərəstun Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Müəllif: