Ucnoqta.az
www.ucnoqta.az

Hindistanın paytaxtı ən çirkli havası olan şəhərdir

16:04 - 11 Yanvar 2023 tarixində dərc olunub.

Hindistanın paytaxtı Yeni Dehli 2022-ci ildə Cənubi Asiya respublikasında ən çirkli atmosferə malik şəhər olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü “Times of India” Milli Təmiz Hava Proqramının (NCAP) məlumatlarına və Çirklənməyə Nəzarət Mərkəzi Şurasının statistikasına istinadən məlumat yayıb.

2022-ci ildə tənzimləyici orqanların PM2.5 şkalası üzrə Yeni Dehli havasındakı hissəciklərin səviyyəsi hər kubmetr üçün 99,7 mikroqram təşkil edib ki, bu da Hindistanın digər şəhərlərindəkindən çoxdur. Bu göstəriciyə görə peyk şəhərlər olan Fəridabad (95,6 mikroqram) və Qaziabad (91 mikroqram) paytaxtdan heç də geri qalmır. Bununla belə, sonuncuda havanın keyfiyyəti 2019-cu ildən bəri müvafiq olaraq 22,2% və 29,8% yaxşılaşıb, Yeni Dehlidə isə atmosfer üç il ərzində cəmi 7,4% təmizlənib.

Hər kubmetrdə 40 mikroqram olan PM2.5 səviyyəsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.

Ruhəngiz

Müəllif: