Estoniya Xarici İşlər Nazirliyi ölkədəki rus diplomatlarının sayını azaltmağı tələb edib
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini fevralın 1-dək rus diplomatlarının sayının 8-ə endirilməsinin zəruriliyi barədə məlumatlandırıb.
Bu qərara əsasən, Rusiya səfirliyinin diplomat əməkdaşlarının sayı 8-ə, inzibati, texniki və xidmət personalının sayı 15-ə endirilməlidir. Bununla da paytaxtlarda fəaliyyət göstərən Rusiya və Estoniya nümayəndəlikləri bərabərləşdiriləcək.