Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Ukraynada atəşkəs üçün səylərini davam etdirəcək

14:55 - 11 Yanvar 2023 tarixində dərc olunub.

Türkiyə Ukraynada tezliklə atəşkəs üçün səylərini davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki, bunu çərşənbə günü ölkə parlamentinin spikeri Mustafa Şentop “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində keçirilən Rusiya, Ukrayna və Türkiyə Ombudsmanlarının görüşündə deyib.

“Türkiyə prezidentinin rəhbərliyi altında Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün çox səy göstərir, bunun bir çox nəticələri var, amma əsas odur ki, dinc əhali ölür, ziyan dəyir. Taxıl dəhlizi işə salınıb, əsirlərin mübadiləsi baş verib, biz tezliklə atəşkəs üçün səylərimizi davam etdirəcəyik. Biz də mülki əhaliyə əlimizdən gələn hər cür dəstəyi verəcəyik”, - deyə Şentop bildirib.

Görüşdə Tatyana Moskalkova, Dmitri Lubinec və Şeref Malkoç iştirak ediblər. Daha sonra onlara Türkiyə parlamentinin sədri də qoşulub.

Üçtərəfli görüşdən əvvəl Moskalkova ukraynalı həmkarı ilə görüşüb. Onun sözlərinə görə, o, Lubinets ilə daha bir görüş keçirmək niyyətindədir.

Emin

Müəllif: