Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan ictimaiyyəti aldadır - <font color=red><b>44 günlük müharibədə itkin düşənlərin axtarışı dayandırılıb</b></font>

13:53 - 11 Yanvar 2023 tarixində dərc olunub.

Ermənistanda 44 günlük müharibə nəticəsində itkin düşmüş 200-ə yaxın insanın axtarışı 2022-ci ilin yanvarından dayandırılıb

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, parlamentin insan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taqui Tovmasyan “Joqovurd”a bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı itkin düşənlərin axtarışı çoxdan başa çatıb və Ermənistanın baş naziri Nikol Paşinyan ictimaiyyəti aldadır:
“Təəssüf edirəm ki, ölkənin baş nazirinin vacib informasiya barədə məlumatı yoxdur, ya da guya bütün məsələlərlə məşğul olduğu barədə yanlış məlumat verir”.

Qeyd edək ki, ötən gün mətbuatt konfransı zamanı Paşinyan bəyan edib ki, itkin düşənlərin axtarışı davam edir.

Müəllif: