Hindistan çərşənbə axşamı nüvə başlıqları da daxil olmaqla müxtəlif növ döyüş başlıqlarını daşıya bilən Prithvi-2 qısa mənzilli ballistik raketinin uğurlu sınaq buraxılışını həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, taktiki raket Odişa ştatının şərqində yerləşən Çandipur İnteqrasiya edilmiş Raket Sınaq Poliqonundan buraxılıb.
Prithvi-2 raketi təxminən 350 km məsafədəki hədəfləri vura bilir.
Emin