Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Ukraynaya kaset mərmiləri göndərməyə başlayır -<font color=red><b> KİV</b></font>

10:34 - 11 Yanvar 2023 tarixində dərc olunub.

Türkiyə Soyuq Müharibədən qalma kaset sursatlarını Ukraynaya göndərməyə başlayır

Ucnoqta.az xəbər verir ki, bu barədə “Foreign Policy” adı açıqlanmayan ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Söhbət təkmilləşdirilmiş ikili təyinatlı adi döyüş sursatından gedir. Hər mərmi atılan zaman 88 kiçik döyüş sursatı ilə parçalanır.

Qeyd olunur ki, ABŞ belə mərmilərin ixracını qadağan edib.

Nə Türkiyə, nə də Ukrayna tərəfi bu məlumatı təsdiqləməyib.

Emin

Müəllif: